Etiraz
aksiyaları keçirmək dinimizdə tarixən mövcud olmayıb. Bütün peyğəmbərlərin həyatına nəzər
salsaq belə bir etiraz aksiyası ilə rastlaşmamışıq. Təsəvvür edin ki,
peyğəmbərlərin bir çoxunu öldürdülər, bir çoxunu yurdlarından çıxardılar, bir
çoxlarını hər cür adlarla adlandırdılar, heç bir islam mənbəsində elə bir söz,
elə bir peyğəmbər kəlamı olmadı ki, mitinq edin, ya da çıxın yollara, ya da
çıxın səhralara. Belə bir düzəliş peyğəmbərlərin metodunda olmayıb.