Biz Ramazan ayında sahur etməyin bərəkətli
olması haqqında bilirik. Çünki bu barədə səhih hədislər gəlmişdir. Səhur yeməyində
bərəkət vardır. Bu gün insanların bir çoxu səhur yeməyinə qarşı səhlənkar
yanaşırlar. Bunu faydalı olması niyəti ilə yazdım ki, səhura qarşı səhlənkar
olanlar bu barədə oxuyub özlərini düzəltməyə yönəlsinlər. Nəyə görə biz özümüzü
xeyirdən saxlamalıyıq. Bilirik ki, keçən aydan bu aya aramızda olanların bir
çoxunu itirmişik. Gələn Ramazana Allah təala bizləri səhhət və afiyətdə çatdırsın.
Amin!