Məqalənin sonunda şəkillərə baxa bilərsiniz.
10 Oktyabr 2012-ci ildə görkəmli şərqşünas alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk professor qadın olan Aida İmanquliyevanın dünyaya gəlişindən yetmiş üç il keçir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Bakı Dövlət Universiteti ilə birlikdə Bakı Dövlət Universitetində görkəmli şərqşünas xanım Aidə İmanquliyevanın 73 illik yubileyi ilə əlaqədar olaraq ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirmişdir. Əkrəm Bəhram oğlu Həsənov "İslam mənbələrində “Ət-Təhsil vəl-bəyan fi siyaq qissati əs-Seyyid Salman” əsəri" məqaləsinə görə məqalə müsabiqəsinin qalibi oldu və diplomla təltif olundu. Diplomu gənc alim, ilahiyyatçı Əkrəm Həsənova Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov təqdim etdi. Professor Nərgiz Paşayeva bu cür müsabiqənin keçirilməsinin gənc alimlərə müsbət təsir göstərdiyini, Aida xanım İmanquliyevanın həyat və fəaliyyətinin onlar üçün yaxşı nümunə olduğunu bildirmişdir.

Əkrəm Bəhram oğlu Həsənovun müsabiqədə diplomla təltif olunmasına səbəb olan məqaləni oxuya bilərsiniz.