Cəmiyyətimizdə
bəzən eşidirik ki, qadınların hüquqları pozulur. Qadınlar kişilərlə eyni hüquqlara
sahib ola bilmirlər. Qadınların hüquqlarını müdafiə etmək mümkün olmur. Ancaq
bu sözlər şablon kimi səslənən sözlər deyil. Həqiqətən də cəmiyyətdə qadınlara
qarşı çox hallarda haqsızlıq olur. Düzdür, bəzən qadınlar həddən artıq çox hüquqlara
sahib olmaq istəyirlər. Ancaq istər dünyəvi hüquqda, istərsə də islam dini
hüququnda qadınların özlərinə məxsus olan normativ hüquqları vardır və onları
hər birimiz qorumağa borcluyuq. İslam dininə görə qadınlar kişilərlə eyni
hüquqa malikdirlər.