HƏDİS ELMİ
Hədis kəlməsi «yeni» mənasında işlənildiyi kimi, söz, xəbər mənalarında da işlənir. Bu kəlmədən törəyən bəzi fellər isə xəbər vermək, nəql etmək kimi mənalar verir.
Hədis kəlməsi zamanla Peyğəmbərdən (səlləllahu aleyhi və səlləm) rəvayət edilən xəbərlərin ümumi adı olaraq işlənmişdir. Kəlimə Rəsulullah (səlləllahu aleyhi və səlləm) tərəfindən də birbaşa bu mənada işlədilmişdir.