Ey qardaşım! Bil ki, orqanları əxlaqsızlıq batağına batmaqdan və fəsaddan qorumaq lazımdır. Ən təhlükəli əxlaqsızlıq, şərrə qapı açan, fəsadın açarı olan rəzillik harama baxmaqdır. Allah səni mühafizə etsin qardaşım! Qəlbini ifsad edəcək, fikrinə zəhər qatacaq, imanını zəiflədən şeylərdən uzaq durmağa çalış.