İnsan gərək heç vaxt elə zənn etməsin ki, o sahibsiz və ya başı boş buraxılan bir varlıqdır. Allah təala insanı nəzarət altında saxlayır. Ona hər cəhətdən sərbəstlik verməsi, insana elə gəlməməlidir ki, o nə istədi edə bilər və nə istədi danışa bilər.