31 Temmuz 2011

Ramazan ayında bilinməsi vacib olan məsələlər


Müsəlman orucunu iman və ihtisabla (savabını Allahdan diləməklə) tutmalıdır. Bu ibadətdə riya və təkəbbürlük olmamalıdır. Həmçinin orucu digər insanlara: ailəsinə, qonşularına, yerli əhaliyə və s. - baxaraq deyil, Allahın onu vacib etdiyinə iman gətirərək tutmalı və orcunun savabını Allahdan diləməlidir. Ramazan ayında digər ibadətlər də bu əsasla edilməlidir. Yəni, başqa səbəblərlə deyil yalnız iman və ihtisabla edilməlidir.

Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar."


Oruc tutanların bilməmək ehtimalı edilən bəzi məsələlər:
Oruc tutan, yaralanarsa, bədənindən qan axarsa, qusarsa, yaxud ixtiyarı olmadan boğazına su və ya digər maddələr gedərsə bunların onun orucuna heç bir təsiri yoxdur. Lakin kim qəsdən özünü qusdurarsa onun həmin gün tutduğu oruc pozular. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa o orucunu qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)".
Ola bilsin oruc tutan adamın cənabət qüslü (cinsi yaxınlıqdan sonra çimmək), yaxud heyzli (aybaşı) və ya nifaslı (doğuşdan sonrakı vəziyyət) qadının qüsl alması sübh namazından sonraya qalsın. Belə hallar oruc tutmağa mane olmur. Cənabətli kişi və qadın, heyzli və nifaslı qadın sübh namazından sonra günəşin doğmasına qədər çimməli və namazını qılmalıdır.
Analiz üçün qan vermək və ya bədəni qidalandırmaq məqsədi ilə deyil adi məqsədlə vurulan iynələr oruca təsir etmir. Lakin iynənin vaxtını axşama saxlamaq mümkün olsa bu daha yaxşı olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə buyurur: "Səni şübhələndirən işi şübhə olmayanla əvəz et" "Kim şübhələrdən qorunarsa öz dinini və namusunu qorumuş olar".
Həmçinin namaz qılarkən tələsmək olmaz. Bəzi insanlar Ramazan ayında təravih namazlarını qılarkən çox tələsirlər. Hətta onların bu hərəkətləri dən yeyən toyuğun hərəkətlərinə bənzəyir. Belə namaz qılmaq namazı batil edir. Çünki namazı rahat qılmaq onun ərkanlarındandır (əsas şərtlərindəndir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namaz qılarkən tələsməzdi. Hər fəqərəsi və əzası yerini alana qədər gözləyərdi.
Təravih və gecə namazlarının rükətlərinin sayına məhdudiyyət qoyulmadığı üçün  səhabələr Ömər İbn Xəttabın (Allah onlardan razı olsun) xilafəti dövründə təravih namazını bəzən iyirmi üç rükət, bəzən on bir rükət qılırdılar. Ömərdən və digər səhabələrdən edilən bu rəvayətlər səhihdir.
Bəzi sələflər Ramazan ayında otuz altı rükət qılar və əlavə üç rükət vitr qılardılar. Bəziləri qırx bir rükət qılardılar. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) onların bu əməllərini qeyd edərək buyurur: Məsələ rahatdır...yaxşı olar ki, namazı quran, rüku və səcdə ilə uzun qılanlar rükətin sayını az etsinlər, namazın rükətlərini qısa qılanlar isə sayı çox etsinlər (məna ilə).
Lakin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə diqqət yetirən adam Ramazanda və başqa vaxtlarda deyilənlərin içərisində on bir və ya on üç rükət qılmağın ən yaxşı variant olduğunu görər. Çünki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) çox vaxt gecə namazlarını bu sayda qılardı. Həmçinin bu sayda qılmaq namaz qılan camaat üçün daha asan, rahat və xüşuya zəmin yaradan haldır. Kim bundan artıq qılarsa heç bir qəbahət yoxdur. Amma dediyimiz daha yaxşıdır. Təravih namazını camaat ilə qılan adam namazı imamla birlikdə bitirsin. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim imamla namaza başlayar və imam namazı bitirənə qədər onunla qalarsa Allah təalə onun üçün bütün gecəni namaz qılmaq savabını yazar".
Ona görə bütün müsəlmanlara bu ayda ibadətlərdə fəal olmağı tövsiyə edirik. Hər bir müsəlman bu ayda mənasını dərk edərək Quran oxumalı, dua etməli, yaxşı işləri əmr etməli və pis işlərdən çəkindirməlidir. Allah yolunda dəvət etməlidir. Kasıblar, fağırlar və möhtaclarla xoş davranmalıdır. Valideynlərinə bacardıqca çox yaxşılıq etməli, qohumluq əlaqələrini sıx tutmalı, qonşularla xoş davranmalıdır. Həmçinin xəstələri ziyarət etməli və bu kimi başqa yaxşılıqlar etməyə çalışmalıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə bu ayda sizin yarışmanıza baxır və sizinlə mələklərin önündə öyünür. Siz də öz nəfsinizdən Allaha xeyir görsədin. Bədbəxt insan bu ayda Allahın mərhəmətindən məhrum olan kimsədir". Başqa bir hədisdə isə deyilir: "Bu ayda hansısa bir xeyir iş görərək Allaha yaxın olmaq, başqa vaxtlar fərz ibadət etməyə bərabər olar. Bu ayda fərz ibadət edərək Allaha yaxın olmaq, başqa vaxtlarda yetmiş fərz ibadət etməyə bərabərdir" həmçinin buyurmuşdur: "Ramazan ayında ümrə ziyarəti etmək, (digər rəvayətə görə: mənimlə edilən) həccə bərabərdir". Ümumiyyətlə bu ayda fəal olmaq haqda hədislər çoxdur. Allah təalədən arzu edirəm ki, bizim hamımızı bu ayda xeyirxah işlər görməyə müvəffəq etsin. Bizim oruc və namazlarımızı qəbul etsin. Hal-əhvalımızı və güzəranımızı xoş etsin. Bizi zəlalətə düşməkdən və fitnələrdən qorusun. Həmçinin Uca Allahdan istəyirəm ki, müsəlmanların rəhbərlərini islah etsin və onların sözlərini haqq üzərində bir etsin. Həqiqətən Allah hər şeyə qadirdir.

Yazan:
Şeyx, Əbdül Əziz ibn Abdullah ibn Bəzz
(Allah ona rəhmət etsin).

Orucluq Fətvalarından

2 yorum:

  1. salam aleykum. bir baci artiq 3-ildiki oruc tuta bilmir sebebi:ya ovlad gozlemesi olur,yada sud vermesi bilmek isterdim ki,bu oruclar qeza sayilirmi yoxsa yox? eger sayilmirsa izah vermenizi xayis edirem. ALLAH elminizi ve imaninizi artirsin,elmi ile tekeburlenenlerden etmesin.AMIN.

    YanıtlaSil
  2. Aleykum Salam va rahmatullah. Allah teala baciya komek olsun ve ona sefa versin. Amin! Hemin baci bir az sehlenkarliq edib. Allah onu bagislasin. Amin! artiq 3 il qeza borcu var. Bunlari yerine yetirmek baci ucun cetin olar. Ona gore de uc il erzinde tutmadigi Ramazan ayinin orucunun kaffaresi 90 neferi yedirmekdir. Yeni baci 3 defe 30 gun erzinde bir aci ve ya yemeye ehtiyaci olani yedirmelidir. Allah tealadan bagislanma istesin. Hemcinin hemin baci bir defeye 90 neferi yedirib icirmekle de keffareni odemis olar. Allah daha duuznu bilir. Salam Aleykum

    YanıtlaSil